XƏBƏRLƏR
28 İyun, 2018
Türk dünyasından olan ölkələrin Elmlər Akademiyalarının nümayəndələri muzeyi ziyarət ediblər
Bu gün “Türk dünyasında müstəqil dövlətçilik ənənəsi və inkişafın müasir problemləri” mövzusunda beynəlxalq konfransın açılışında iştirak edən türkdilli dövlətlərin Elmlər Akademiyalarının nümayəndələri AMEA Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.
Türkiyə, Qazaxıstan, Tatarıstan, Başqırdıstan və digər ölkələrdən olan alimləri muzeyin direktoru, akademik Nailə Vəlixanlı qarşılayaraq, onları muzeydə görməkdən məmnun olduğunu bildirib. Muzeyin bələdçisi qonaqlara Azərbaycan tarixinin, mədəniyyətinin əks olunduğu ekspozisiya zallarında ekskursiya aparıb və onları maraqlandıran sualları ətraflı cavablandırıb. Qonaqlar həmçinin muzeydə fəaliyyət göstərən Qazaxıstanın “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” adlı sərgi ilə də yaxından tanış olublar.
Akademik Nailə Vəlixanlı türkdilli dövlətlərin və xalqların ümumi tarixi köklərə, ortaq zəngin irsə, dilə, incəsənətə, adət-ənənələrə, milli mənəvi dəyərlərə malik olduğunu qeyd edib. Sonra qonaqlar muzeyin rəy kitabında muzeylə bağlı fikirlərini bildirib, xoş təəssüratlarını bölüşüblər. Onlar gələcəkdə muzeylə qarşılıqlı elmi-mədəni əməkdaşlıq əlaqələrinin qurulmasını təklif ediblər.
Daha sonra muzeyin direktoru, akademik Nailə Vəlixanlı Türk dünyasından olan Elmlər Akademiyalarının nümayəndələrinə muzeyin nəşrləri – kitab-albom, kataloq və bukletlər hədiyyə edib. Qonaqlar rəhbərliyə təşəkkür edib və muzeydən məmnun qaldıqlarını bildiriblər.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...