XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 İyun, 2018
Şuşa qalasının gümüş açarı bərpa olunmuşdur
Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda Şuşa qalasının gümüş açarları mühafizə olunur. Açarlar Çar Rusiyasının Şuşanı işğalı zamanı qənimət kimi götürülmüşdür. Daha sonra 1924-cü ildə Tiflis şəhərindəki Qafqaz Hərb Tarixi Muzeyindən alınmışdır. Gümüşü saplı qotazları olan açar ehtiyac olduğundan Muzeyin Bərpa laboratoriyası tərəfindən bərpa və konservasiya edilmişdir. Açar gümüşə xas qaralmadan və oksid təbəqəsindən təmizlənmiş, qoruyucu təbəqə ilə örtülmüşdür. Açarın qotazları isə təmizlənmiş, sökülmüş, itirilmiş hissələri, saçaqlarının zədələnmiş ipləri bərpa və konservasiya olunmuşdur. Gümüş açar laboratoriyanın əməkdaşı Tural Nəbiyev, qotazlar isə Nuridə Hüseynova tərəfindən bərpa və konservasiya olunmuş və fonda təhvil verilmişdir.