XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
01 Mart, 2016
Muzeyə I Avropa oyunları zamanı istifadə olunan əşyalar hədiyyə edilib

Azərbaycan Respublikası Gənclər və idman nazirliyi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə tarixdə ilk dəfə ölkəmizdə keçirilən “Bakı-2015” I Avropa oyunları ilə bağlı dəyərli eksponatlar hədiyyə edilmişdir.


Bunlar Azərbaycan Milli komandasının parad kostyumu, idman geyim dəsti, açılış mərasimində istifadə olunmuş məşəl və çıraqdır. Qaliblər üçün hazırlanan medallar - qızıl, gümüş, bürünc, eləcə də gümüş xatirə medalı da Muzeyin eksponatları sırasında xüsusi yer tutacaqlar.

Azərbaycanın idman tarixində mühüm əhəmiyyət daşıyan eksponatlar Muzeyin “Hədiyyələr və xatirə əşyaları” fondunda qorunacaq.

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/