XƏBƏRLƏR
29 İyun, 2018
Muzeydə yeni Qadınlar Şurası yaradılıb
Milli Azərbaycan Tarixi Muzeyində AMEA Rəyasət Heyətinin sərəncamına əsasən yeni - Qadınlar Şurası fəaliyyətə başlayıb. Muzeydə yaradılan Qadınlar Şurasının əsas məqsədi qadın əməkdaşların mənafeyini qorumaq, onların sosial, məişət problemlərinin həllində yardım etmək və qayğı göstərmək, müəyyən problemlər yaranarsa, aidiyyatı qurumlar qarşısında məsələ qaldırmaq, ən əsası elmi işlərdə öz tövsiyyələrini vermək və dəstək olmaq kimi funksiyaları həyata keçirməkdir.
Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Qadınlar Şurasının sədri və tərkibinin seçilməsi üçün iclas keçirilib. Muzeyin direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə keçirilən tədbirdə AMEA Qadınlar Şurasının sədri, prof. Rəna Mirzəzadə, Qadınlar Şurasının “Elm və mənəviyyat” bölməsinin rəhbəri, f.ü.e.d. Ziba Ağayeva, Şuranın Elmi problemlər üzrə bölüm rəhbəri və elmi koordinatoru f.ü.f.d. Samirə Kadiyeva iştirak ediblər.
AMEA Qadınlar Şurasının sədri, prof. Rəna Mirzəzadə əməkdaşlara təşkilatın vəzifə və səlahiyyətləri haqqında ətraflı məlumat verib.
Tədbirdə qadınların cəmiyyətdəki rolundan, elm sahəsində uğurlar qazanmış ziyalı xanımlarımızın fəaliyyətindən bəhs edilib. Bildirilib ki, Azərbaycan qadınları tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynayıb, öz müdrikliyi, mərdliyi və mübarizliyi ilə fərqlənib, milli-mənəvi dəyərlərimizin, cəmiyyətimizin sağlamlığının keşiyində dayanıb, tərəqqi və inkişafın önündə addımlayıblar.
Sonra Muzeyin yeni yaradılan Qadınlar Şurasının sədri və tərkibi seçilib.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...