XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 İyul, 2018
Muzeydə ən qədim arxeoloji tapıntı - qızıl muncuqlar qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda qızıldan hazırlanmış zinət əşyaları – 16 ədəd müxtəlif ölçülü uzunsov, 6 ədəd disk formalı, bir dairəvi yastı muncuqdan və bir lacivərd daşından ibarət muncuqlar mühafizə olunur. Ümumi çəkisi 3, 22 qr.-dır. 2010-cu ildə arxeoloq T.İ. Axundov tərəfindən Ağstafa rayonunda, Soyuqbulaq nekropolunda, kurqanaltı qəbirdən tapılmışdır. Muncuqlar e.ə. IV minilliyə aiddir. Azərbaycan ərazisində arxeoloji qazıntılardan aşkar olunmuş qızıldan olan ən qədim arxeoloji tapıntıdır. Bu zinət əşyaları Azərbaycan arxeologiyasının və etnoqrafiyasının tədqiqi və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.