XƏBƏRLƏR
09 İyul, 2018
E L A N
19-21 sentyabr 2018-ci il tarixində Bakıda I Beynəlxalq Ənənəvi Türk Məzar Daşları Simpoziumu keçiriləcəkdir. Simpoziumun təşkilatçıları Türkiyənin Ərciyəs Universiteti, Xəzər Universiteti və Milli Azərbaycan Tarixi Muzeyidir.
Simpoziumun əsas mövzuları bunlardır:
I. Türk dünyasında məzar mədəniyyəti
a) Dəfn adətləri
b) Rituallar (ayinlər)
c) İnanclar
d) Adət-ənənələr
II. Türk dünyasında məzar strukturları
a) Kurqanlar
b) Balballar
c) Türbə və günbəzlər
d) Məzarlıqlar və məzar daşları
III. Türk məzar daşlarının dövri və regional xüsusiyyətləri
IV. Türk məzar strukturlarında tipoloji və terminoloji problemləri
V.Türk məzar strukturlarında bəzək və ikonoqrafiya
Müraciətlər simpoziumun rəsmi saytı olan www.turkmes.com vasitəsilə onlayn edilməlidir. Tezislər ən az 100, ən çox 300 sözdən ibarət olmalıdır. Tezis ilə birlikdə ən azı 3 və ən çox 6 açar söz olmalıdır. Məruzələr daha əvvəl başqa yerdə dərc edilməməlidir və ya başqa bir elmi tədbirdə təqdim edilməməlidir.
Tezislər 20.07.2018-ci il tarixi, iş günü sonuna qədər qəbul ediləcəkdir. Qəbul olunmuş tezislər 20.08.2018-ci il tarixində internet saytında elan ediləcəkdir. Məruzələr 26.10.2018-ci il tarixinə qədər təqdim edilməlidir.
Suallarınız üçün turkmes2018@gmail.com və caslan66@hotmail.com -a müraciət ediniz.
Ərciyəs Universiteti, Qeysəri (Kayseri), Türkiyə, Dos.Dr. Cəlil Arslan – simpozium rəhbəri.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...