XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 İyul, 2018
Muzeyin nadir sənəd incisi: “Misaqi-milli”
Milli Azərbaycan Tarixi Muzeyində milli dövlətçiliyimizin təməli olan Cümhuriyyət tarixinə dair müxtəlif materiallar qorunub saxlanılır. Bunlardan biri də təxminən 1920-ci illərə aid edilən sənəddir. Gizli fəaliyyət göstərən “Müsavat” partiyasının mətbəə üsulu ilə çap etdirdiyi mətndə “Misaqı-Milli”dən bəhs edilir. Qeyd etmək lazımdır ki, Cümhuriyyətimizin süqutundan sonra yurdumuzda və mühacirətdə müstəqillik məfkurəsini yaşadan adamlar arasında “İstiqlal Bəyannaməsi” məhz bu cür adlandırılırdı. Bu vərəqi nəşr etdirməklə vətənpərvər insanlar Azərbaycan xalqının yaddaşında milli dövlətçilik təfəkkürünü möhkəmləndirməyə çalışırdılar. Bu sənəd Muzeyin Sənədli Mənbələr Fondunda mühafizə olunur və Cümhuriyyətimizn bərpası uğrunda aparılan istiqlal mübarizəmizin tarixini öyrənmək baxımından mühüm əhəmiyyətə malikdir.