XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 İyul, 2018
Muzeyin nadir incisi – gümüş sancaqlar
Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda gümüş sancaqlar mühafizə olunur. E. II-III əsrlərinə aid olan bu sancaqlar arxeoloqlar Saleh Qazıyev və Qafar Cəbiyev tərəfindən Mingəçevirdən və Şamaxıdan tapılmışdır. Antropozoomorf formalı gümüş sancaq başı taclı doğan qadının, ayaqları və döş hissəsi isə quş bədəni formasında təsvir olunub. Qadın və heyvan təsvirlərinin sintezindən ibarət sancağın yuxarı hissəsində bir, orta hissəsində isə üç insan başı həkk olunub. Nadir arxeoloji tapıntılar – iki eyni quruluşlu sancaqlar (fibula) erkən orta əsr dövründə Azərbaycanda mədəni-tarixi mühit dəyişikliyi, etno-mədəni əlaqələrlə bərabər yeni bədii və sənətkarlıq ənənələrinin təsirini özündə əks etdirir. Mifoloji təsəvvürlərin zəngin simvolikası, yarandığı mühitin dünyagörüşü, ənənəvi rəmzlər və inancları haqqında geniş təsəvvür yaradır.