XƏBƏRLƏR
13 İyul, 2018
Milli AzərbaycanTarixi Muzeyinin bir qrup əməkdaşı Şəmkir rayonunda elmi ezamiyyətdə olub
2020-ci ildə Muzey 100 illik yubileyini təntənəli şəkildə qeyd edəcəkdir. Artıq Azərbaycan Respublikası Prezidenti, Muzeyin ən böyük hamisi, möhtərəm İlham Əliyevin xüsusi göstərişi ilə yubileyə hazırlıq işlərinə başlanılmışdır. Hazırlıq işlərinə Muzeyin simasının, o cümlədən ekspozisiyasının da yenilənməsi daxildir. Həm ekspozisiyanı yeniləmək, həm də Arxeologiya elmi fond şöbəsinin 2018-ci il iş planına əsasən fond üçün yeni materiallar toplamaq məqsədilə bir qrup muzey əməkdaşı Şəmkir rayonuna ezam olunmuşdur. Ekspozisiyanın təhlükəsizliyi üzrə direktor müavini, t.ü.f.d. dos. Həbibə Alıyeva, Elmi Fond işləri üzrə direktor müavini, t.ü.f.d. dos. Məhfuzə Zeynalova, Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. dos. Nasir Quluzadə və digər elmi işçilərin iştirakı ilə Qapanlı kənd qəbirstanlığı ərazisinə baxış keçirilmiş, beş ədəd at və bir ədəd qoç formalı məzar daşları qeydə alınmışdır.
Bundan əlavə həmin məzar daşlarının fotoşəkilləri çəkilmiş, ölçüləri götürülmüş, üzərilərindəki kitabələrin estampları çıxarılmış və digər zəruri məlumatlar əldə edilmişdir. Daha sonra at formalı məzar daşlarından bir nümunənin muzeyə təqdim edilməsi, eləcə də bölgədəki bu tip abidələrə nəzarətin və qayğının daha da artırılması ilə bağlı rayon rəhbərliyinə müraciət edilmişdir. Müraciət müsbət qarşılanmış və ən yüksək səviyyədə köməklik göstəriləcəyinə söz verilmişdir. Bölgəyə ezam olunmuş muzey əməkdaşları Şəmkir rayon Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olduqdan sonra Gədəbəy rayonu ərazisindəki “Qanlı körpü” abidəsinə və Alban məbədinə səfər etmişlər. Qrup elmi ezamiyyətdən qiymətli məlumatlarla və zəngin təəssüratlarla qayıtmışdır.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...