XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 İyul, 2018
Muzeyin nadir kitab xəzinəsindən XIX əsr Osmanlı tarixini əks etdirən kitab
Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasının Nadir kitablar fondunda XIX əsr Osmanlı tarixinə dair əsər mühafizə olunur. Müəllifi Rusiya diplomatı, şərqşünas K. Bazili olan əsər “Очерки Константинополя” adlanır. Kitabda əsərin I hissəsi təqdim olunub. Kitab 1835-ci ildə Sankt-Peterburq şəhərində nəşr olunub və 285 səhifədir. Əsərdə Osmanlı imperiyasının paytaxtı İstanbul şəhəri haqqında etnoqrafik və coğrafi qeydlər, eləcə də Kiçik Asiya yarımadası və orada yaşayan xalqların təsviri dolğun şəkildə əks olunmuşdur. Həmçinin əsərdə İstanbulun XIX əsrin I yarısına qədər olan siyasi vəziyyəti və regionda cərəyan edən hadisələr haqqında məlumat verilir. Kitab İstanbul şəhərinin tarixini tədqiq etmək baxımından böyük əhəmiyyətə malikdir.