XƏBƏRLƏR
19 Sentyabr, 2018
Muzeydə beynəlxalq simpoziumun açılış mərasimi keçirilmişdir
I Beynəlxalq Ənənəvi Türk Məzar Daşları Simpoziumunun açılış mərasimi Milli Azərbaycan Tarixi Muzeyində keçirilmişdir. Tədbirdə Türkiyə və Azərbaycanın elm xadimləri iştirak etmişdir.
Simpoziumun təşkilatçıları Türkiyənin Ərciyəs Universiteti, Türk Tarih Qurumu, Xəzər Universiteti və Milli Azərbaycan Tarixi Muzeyidir.
Simpoziumun açılış mərasimi Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnlərinin səsləndirilməsi ilə işə başladı. Tədbiri açan Xəzər Universitetinin təsisçi rektoru, professor Hamlet İsaxanlı iştirakçıları salamladı və bu simpoziumun keçirilməsində dəstəyə görə Muzeyin direktoru, akademik Nailə Vəlixanlıya təşəkkür etdi. Sonra akademik Nailə Vəlixanlı çıxış edərək, Muzeyə gələn qonaqlara təşəkkür etdi. Nailə xanım öz çıxışında Ermənistanda və işğal edilən torpaqlarımızda məhv edilən tarixi abidələrimizin, o cümlədən məzar daşlarının tədqiqinin əhəmiyyətini vurğuladı. Ermənidilli alban abidələrinin də Azərbaycanın tarixi irsi olduğunu və araşdırılmasının vacibliyini qeyd etdi.
Daha sonra Muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva, Ekspozisiyanın təhlükəsizliyi üzrə direktor mü¬a¬vi¬ni, ekspo-zisiya müdiri, t.ü.f.d. Həbibə Əliyeva, Ərciyəs Universitetinin Ədəbiyyat fakültəsi Sənət tarixi kafedrasının əməkdaşı, dos.dr. Cəlil Arslan çıxış etdilər. Ortaq türk tarixinin araşdırılmasında bu kimi beynəlxalq əhəmiyyətli tədbirlərin elmi əhəmiyyətini və gələcəkdə də təşkil edilməsinin vacibliyini qeyd etdilər.
Çıxışlardan sonra akademik Nailə Vəlixanlıya, t.ü.e.d. Nərgiz Əliyevaya, t.ü.f.d. Həbibə Əliyevaya, professor Hamlet İsaxanlıya plakatlar, hədiyyələr və dos.dr. Cəlil Arslana Muzeyin nəfis tərtibatlı nəşrləri təqdim edildi.
Açılış mərasimi bitdikdən sonra simpoziumun iştirakçıları Muzeyin zallarını, Qafqaz İslam Ordusu və Bakının azad olunmasının 100 illiyinə həsr olunmuş “Millət sizə minnətdardır!” sərgisini ziyarət etdilər. Simpoziumun daha sonrakı çıxışları Xəzər Universitetində davam edəcəkdir.
Qeyd edək ki, 19-21 sentyabr 2018-ci il tarixində Bakıda keçirilən Simpoziumun əsas mövzuları bunlardır: I. Türk dünyasında məzar mədəniyyəti a) Dəfn adətləri; b) Rituallar (ayinlər); c) İnanclar; d) Adət-ənənələr; II. Türk dünyasında məzar strukturları a) Kurqanlar; b) Balballar; c) Türbə və günbəzlər; d) Məzarlıqlar və məzar daşları; III. Türk məzar daşlarının dövri və regional xüsusiyyətləri; IV. Türk məzar strukturlarında tipoloji və terminoloji problemləri; V.Türk məzar strukturlarında bəzək və ikonoqrafiya.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...