XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
25 Sentyabr, 2018
Muzeyin eksponatları “ADEX 2018” sərgisində nümayiş olunur
25-27 sentyabr tarixlərində Bakı şəhərində, Bakı Ekspo Mərkəzində 3-cü “ADEX 2018” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. Sərginin təşəbbüskarı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyidir və sərgi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir. Bu tədbir Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir. “ADEX” sərgisində dünyanın 32 ölkəsini təmsil edən 209-dan artıq şirkəti iştirak edir. Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunun və Etnoqrafiya fondunun 58 eksponatı – tarixi silahlar və xalçalar nümayiş olunur. Sərgini ziyarət edən cənab Prezident İlham Əliyev Muzeyin eksponatları ilə də tanış olmuş, muzeyin direktoru, akademik Nailə Vəlixanlı muzey eksponatları haqqında cənab Prezidentə məlumat vermişdir. Sərgidə muzeyin Silahlar və bayraqlar fondunun müdiri, t.ü.f.d. Sevinc Vahabova, Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov, müvafiq şöbələrin əməkdaşları da iştirak ediblər.