XƏBƏRLƏR
27 Sentyabr, 2018
Bolqarıstanlı qonaqlar Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur
Bolqarıstan Elmlər Akademiyasının sədr müavini, professor Vasil Nikolov, Sofiya şəhərinin merinin müavini Dr. Todor Çobanov və onları müşayiət edənlər AMEA Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etmişdirlər.
Bolqarıstanlı qonaqlara muzeyin tarixi barədə ətraflı məlumat verən muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirmişdir ki, Bakının ən gözəl memarlıq abidələrindən olan bu bina 1895-1897-ci illərdə tikilmiş və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur.
Akademik N.Vəlixanlı muzeyin həm də AMEA strukturunda elmi-tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirdiyini və muzey binasının Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunduğunu da nəzərə çatdırmışdır.
Bolqarıstan Elmlər Akademiyasının vitse-prezidenti, professor Vasil Nikolov və Sofiya şəhərinin vitse-meri Dr. Todor Çobanov Azərbaycanın qədim və orta əsrlər dövrünə aid muzeydə nümayiş etdirilən maddi mədəniyyət nümunələri ilə yaxından tanış olmuşdur. Həmçinin H.Z.Tağıyevin xatirə muzeyini də ziyarət etmişdirlər.
Qonaqlar muzeydə görkəmli xeyriyyəçi H.Z.Tağıyevin həyatı və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalarla da tanış olmuşlar. Buradakı məişət əşyaları və tarixi sənədlər onlarda zəngin təəssürat yaratmışdır.
Bolqarıstanlı qonaqlar ziyarətdən məmnun qaldıqlarını bildirmiş, Azərbaycan və Bolqarıstan arasındakı tarixi, elmi-mədəni əlaqələrin davamını arzu etmişdirlər.
Sonda Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Bolqarıstan Elmlər Akademiyasının vitse-prezidenti, professor Vasil Nikolova və Sofiya şəhərinin vitse-meri Dr. Todor Çobanova muzeyin nəfis tərtibatlı nəşrlərini hədiyyə etmişdir.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...