XƏBƏRLƏR
27 Sentyabr, 2018
Akademik Nailə Vəlixanlı və muzeyin əməkdaşları H.Z.Tağıyevə həsr olunan tədbirdə iştirak ediblər
Bu gün H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbin yaradılmasının 124 illik yubileyi qeyd edilib. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və bir qrup əməkdaş iştirak ediblər.
Məktəb 1894-cü il sentyabr ayının 27-də Bakının Mərdəkan qəsəbəsində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən tikdirilib başa çatmışdır. Əvvəlcə məktəb imkanı zəif olan şagirdlər üçün iki sinifli bağçılıq məktəbi kimi fəaliyyətə başlamışdır. 1918-ci ildə erməni işğalçılarının Bakıda və onun ətraf kəndlərində törətdikləri vəhşiliklər zamanı məktəb azərbaycanlı döyüşçülərin qərargahına çevrilir. Hazırda məktəb onbirillik orta məktəb kimi fəaliyyət göstərir.
Bu əlamətdar gün münasibətilə tarixçi alim N.Vəlixanlı məktəbin rəhbərliyini təbrik edib və onlara gələcək işlərində uğurlar arzulayıb. Nailə xanım H.Z.Tağıyevin həyat və yaradıcılığına nəzər salaraq, tədbir iştirakçılarına onun yaşadığı mülkündə fəaliyyət göstərən xatirə muzeyi haqqında məlumat verib. Tədbirdə Hacı Zeynalabdin Tağıyevin ictimai, maarifçilik, xeyriyyəçilik fəaliyyətindən bəhs edilib və onun əbədi olaraq xalqın yaddaşında yaşayacağı bildirilib.
Sonra qonaqlar məktəbdə H.Z.Tağıyevə həsr olunan stendlə tanış olublar.
Muzey əməkdaşları məktəb ərazisində yerləşən türk şəhidlərinin məzarını və H.Z.Tağıyevin büstünü ziyarət ediblər.
.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...