XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 Sentyabr, 2018
Muzeydə Elmi Şuranın növbəti iclası keçirilib
Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində Elmi Şuranın növbəti iclası keçirilib. Muzeyin direktoru, akademik Nailə Vəlixanlının sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olundu. Gündəlikdə duran əsas məsələ muzeyin 100 illiyinə hazırlıq olub. Nailə xanım ilk növbədə, muzeyin qocaman əməkdaşlarını Kitabxana müdiri Faidə Abdullayeva və Neqativ Fondunun müdiri Solmaz Hüseynovanı 80 illik yubiley münasibətilə təbrik etdi. Sonra 2020-ci ildə muzeyin 100 illik yubileyinə hazırlıq işləri müzakirə olunub. Nəzərdə tutulan nəşrlər – kataloq, buklet və kitab-albom haqqında məlumat verilib və ilkin variantları təqdim olunub. İclasda digər təşkilati və cari məsələlər də müzakirə edildi.