XƏBƏRLƏR
03 Oktyabr, 2018
Muzeyin yeni kitab-albomu işıq üzü görmüşdür
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümünə həsr olunmuş kitab-albomu işıq üzü görüb. Elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, koordinatoru t.ü.f.d. Nasir Quluzadə, Muzey əməkdaşları t.ü.f.d. Səbuhi Əhmədovun, Emin Məmmədovun və Nurəngiz Qarayevanın həmmüəllifliyi ilə işıq üzü görmüş bu kitab-albomda Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında qorunan bəzi silah nümunələri haqqında müfəssəl məlumat verilmişdir. Həmin numunələrin bir qismi XX əsrin 20-80-ci illərində Muzeyin nəzdində Şəki, Qazax, Qəbələ və Mingəçevir bölgələrinə, eləcə də Xəzər dənizi hövzəsinə təşkil edilmiş arxeoloji ekspedisiyaların tapıntılarıdır.
Bundan əlavə həmin silahlar arasında Azərbaycanın Tədqiq və Tətəbbö Cəmiyyətinin, AMEA-nın Tarix İnstitutunun və digər elmi-tədqiqat mərkəzlərinin göstərilən illərdə həyata keçirdiyi arxeoloji axtarışlar zamanı tapılmış nümunələr də yer almışdır.
Bundan savayı, kitab-albomda Daşkəsən, Lənkəran, Qazax, Naxçıvan və Azərbaycanın digər bölgələrində təsadüfi tapılmış silahlar haqqında da məlumat verilmişdir. Ümumilikdə, kitab-albomda hərb işində, eləcə də digər sahələrdə istifadə edilmiş 82 ədəd arxeoloji tapıntı işıqlandırılmışdır. Tapıntılar həm silahlardan, həm də hərbi təyinatlı yardımçı vasitələrdən ibarətdir. Silahlara qılıncları, xəncərləri, bıçaqları, döyüş yabalarını, nizə və ox ucluqlarını, baltaları və digər nümunələri misal göstərmək olar. Yardımçı vasitələrə isə döyüş silahlarının qəlibləri, kəmərlər, dəbilqələr, oxatanlara məxsus üzüklər və s. nümunələr aiddir. Bu silahlar hücum və müdafiə təyinatlı olmaqla, daş, metal, sümük və gil tərkiblidirlər. Onlardan qədim Daş dövründən orta əsrlərədək böyük bir zaman kəsiyində istifadə edilmişdir.
300 tirajla nəşr edilmiş kitab-albom tarix, hərb, arxeologiya və digər sahələrdə çalışan mütəxəssislər və sıravi oxucular üçün nəzərdə tutulmuşdur.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...