XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 Oktyabr, 2018
Milli Azərbaycan Tarixi Muzeyinə xovsuz xalça – vərni təqdim edilmişdir
Keçmış Bakı sakini, İsrail vətəndaşı Rauf Şalikoyeviç Zərbailov mütəmadi olaraq, öz kolleksiyasından olan milli mədəniyyət irsimizə aid nümunələri Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə etməkdədir. Belə hədiyyələrdən biri də XX əsrin əvvəllərinə aid edilən xovsuz xalça nümunəsi olan vərnidir. Xovu tamamilə getsə də, arxasından rəngli saplarla toxunduğu bilinir. Vərninin ara sahəsi xalça sənətində “əjdaha” adlanan “S” vari həndəsi elementlərlə toxunsa da, sumax texnologiyası ilə istehsal olunmuşdur.