XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 Sentyabr, 2011
Milli Azərbaycan Tarixi Muzeyi Mədəniyyət və Turizm nazirliyi tərəfindən fərqlənmə diplom ilə təltif olunmuşdur

Sentyabrın 27-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Ümumdünya Turizm günü ilə bağlı bir sıra tədbirlər keçirmişdi. Turizm sahasində çalışan müəssisələr və şəxslər

Mədəniyyət və Turizm nazirliyi tərəfindən fərqlənmə diplomları ilə təltif olunmuşdur. Təltif olunanların arasında Milli Azərbaycan Tarixi Muzeyi də var idi. Diplom muzeyin direktoru akademik Nailə Vəlixanlıya təqdim olunmuşdur.