XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
09 Oktyabr, 2018
Muzeydə növbəti mühazirə keçiriləcək
Milli Azərbaycan Tarixi Muzeyində mütəmadi olaraq Azərbaycan tarixi, maddi və mənəvi irsinin zənginləşdirilməsində mühüm rol oynamış şəxslərə həsr olunmuş maarifləndirici mühazirələr təşkil olunur. Növbəti – “Rusiya imperiyasında rəngli fotoşəkillərin pioneri. S. Prokudin-Qorskinin tarixi və bədii irsinin əhəmiyyəti” (rus dilində) adlı mühazirə 19 oktyabr 2018-ci il tarixində saat 14:00-da Milli Azərbaycan Tarixi Muzeyi ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən B. Yeltsin adına Prezident Kitabxanasının birgə layihəsi çərçivəsində keçiriləcək. Yazıçı və fotoqraf Rüstəm Hüseynov tərəfindən oxunacaq mühazirədə rəngli foto çəkilişlərin tarixi, fotoqraf S. Prokudin-Qorskinin həyatı və onun Azərbaycanda çəkidiyi rəngli fotoşəkillərdə əks olunmuş bölgələrimiz haqqında ətraflı məlumat veriləcək. Mühazirəyə giriş pulsuzdur.