XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 Oktyabr, 2018
Muzey əməkdaşları Türkiyədə keçirilən konqresdə çıxış ediblər
1-5 oktyabr 2018-ci il tarixində Ankarada XVIII Türk Tarix Konqresi keçirilmişdir. Konqres Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu və Türk Tarix Qurumu tərəfindən təşkil olunmuşdur. Konqresdə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları - Muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva, Arxeologiya fondunun müdiri Aida İsmayılova və Etnoqrafiya fondunun müdiri Sevinc Nəsirova da iştirak etmişdir. T.ü.e.d. Nərgiz Əliyeva “Azərbaycan, islamlaşma və ərəb köçləri (VII-XIII əsrlər); Aida İsmayılova “Milli Azərbaycan Tarixi Muzeyinin arxeolojik materiallarına görə Azərbaycanda Səlcuqlu dövrü”; Sevinc Nəsirova “Qədim türk mifologiyasının türk xalqlarının toxuma sənətinə təsiri” mövzusunda məruzələrlə çıxış etmişdirlər. Məruzələrin tezisləri nəşr olunmuşdur. Əməkdaşlarımızı təbrik edir və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq.