XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Oktyabr, 2018
Muzeydə Elmi Şuranın növbəti iclası keçirilib
Bu gün Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının növbəti iclası keçirilib. Iclasda 2019-cu ilin planı müzakirə olunub və muzeyin dissertantlarının illik hesabatları dinlənilib. Elmi Şuranın sədri, muzeyin direktoru, akademik Nailə Vəlixanlı iclasda çıxış edərək planda nəzərdə tutulan işlərlə bağlı iştirakçıları məlumatlandırdı və öz tövsiyyələrini verdi. 2020-ci ildə baş tutacaq muzeyin 100 illik yubileyinə hazırlıq işləri müzakirə olunub və yeni təkliflər irəli sürülüb. Sonda muzeyin dissertantlarının illik hesabatları dinlənilib.