XƏBƏRLƏR
17 Oktyabr, 2018
Türkiyəli qonaqlar Muzeyi ziyarət etdilər
İstanbul Əsgəri Muzeyinin sektor müdiri Ömər Faruk Arslan və muzeyin mütəxəssisi Dinçer Karasoy Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etdilər. Qonaqlar muzeyin ekspozisiya zalları ilə yaxından tanış oldu, bələdçi tərəfindən onlara Azərbaycan tarixinə aid muzeydə nümayiş etdirilən maddi mədəniyyət nümunələri haqqında geniş məlumat verildi. Həmçinin H.Z.Tağıyevin xatirə muzeyini də gəzdilər. Qonaqlar muzeydə görkəmli xeyriyyəçi H.Z.Tağıyevin həyatı və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalarla tanış oldular. Buradakı məişət əşyaları və tarixi sənədlər onlarda zəngin təəssürat yaratdı. Daha sonra türkiyəli qonaqlar muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşdülər. Qonaqlara Azərbaycanla Türkiyənin iki dövlət, bir millət olduğunu söyləyən akademik N.Vəlixanlı muzeyin tarixi haqqında qonaqlara məlumat verdi. Sovet hakimiyyətinin ilk illərində qeyri-azərbaycanlıların muzeyə rəhbərlik etməsi səbəbindən bir çox eksponatın xarici ölkələrə daşındığını qeyd etdi. Həmçinin muzeyin AMEA strukturunda elmi-tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirdiyini bildirdi. Nailə xanım Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə muzeyin əsaslı təmir olunduğunu da nəzərə çatdırdı. Heydər Əliyev Fondunun dəstəyi ilə muzey eksponatlarının xaricdə, o cümlədən Vatikanda sərgiləndiyini qeyd etdi. Türkiyəli qonaqlar ziyarətdən məmnun qaldıqlarını bildirdilər. Əsgəri Muzeyin tarixi haqqında məlumat verib, orada qorunan Şirvanşahlar dövlətinə aid bəzi zirehli hərbi geyimlərin və silahların İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda sərgilənməsi üçün Azərbaycana gətirdiklərini bildirdilər. Qeyd edək ki, 23-24 oktyabr tarixlərində Qoruqda “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” adlı beynəlxalq konfrans və “Şirvanşahların irsi dünya muzeylərində” adlı sərgi keçiriləcək. Nailə xanım Milli Azərbaycan Tarixi Muzeyi ilə Əsgəri Muzey arasında əlaqələrin daha da inkişafını və hər iki muzey arasında sərgilərin və digər tədbirlərin keçirilməsini də arzu etdi. Gələcək əməkdaşlıq üçün müzakirələr aparıldı. Sonda Ömər Faruk Arslana və Dinçer Karasoya muzeyin nəfis tərtibatlı nəşrləri hədiyyə edildi.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...