XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 Oktyabr, 2018
Muzeyin YAP ilk ərazi təşkilatının üzvləri 18 oktyabr – Dövlət Müstəqillik Gününü qeyd ediblər
18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə əlaqədar YAP Səbail “Azərbaycan tarixçiləri” (Milli Azərbaycan Tarixi Muzeyi)ilk ərazi təşkilatının üzvləri Şəhidlər Xiyabanını və Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti Azərbaycanın istiqlaliyyəti barədə Konstitusiya aktı qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra dövlətimiz öz istiqlaliyyətinə qovuşub. Qəbul olunan Konstitusiya Aktında Müstəqil Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş AXC-nin davamçısı olması faktı rəsmən təsbit olunub. Bu andan, yəni 1991-ci il oktyabrın 18-dən ölkəmiz müstəqil bir ölkə oldu. 1994-cü ilin 15 Oktyabr tarixindən Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü hər il qeyd edilir.