XƏBƏRLƏR
23 Oktyabr, 2018
“Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfransın açılışı olub
23-24 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkil etdiyi konfransda 30 ölkədən 150-ə qədər xarici qonaq iştirak edir.
Rəsmi açılış mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfransın önəmindən danışıb. Qeyd edib ki, bu gün qədim və orta əsrlərdə yaşayıb yaratmış mütəfəkkirlərimizin yaradıcılığı geniş şəkildə tədqiq edilir. Qədim Azərbaycan tarixi dövlətçilik ənənələrinə malikdir. Şirvanşahlar dövləti dövlətçilik ənənələri ilə tanınıb. Bu dövlət dahi şair və alimlərin yaşadığı bir mərkəz rolunu oynayıb. Şirvanşahlar dövründə Bakı, Şamaxı və Dərbənddə çox böyük mədəniyyət nümunələri yaradılıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva elmə böyük qayğı ilə yanaşırlar. Dünya alimləri də xalqımızın zəngin və mədəni irsinin tədqiqinə xüsusi maraq göstərirlər - deyə akademik vurğulayıb.
Azərbaycan Respublikası Mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında deyib ki, bu konfrans dövlətçiliyin dərk edilməsi istiqamətində çox böyük addımdır. Tarixən Azərbaycan öz müstəqilliyini qoruyub saxlayıb. Şirvanşahlar bu coğrafiyada öz dövlətini yaradaraq inkişaf etdiriblər. Azərbaycan dövləti də hər zaman tarixinə, mədəniyyətinə həssaslıqla yanaşır.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin (DTMQ) rəisi Əsgər Ələkbərov Şirvanşahlar dövlətinin tarixi haqqında iştirakçılara məlumat verib. Bildirib ki, Şirvan şahlarının iqamətgahının, minillik Şirvan tarixinin ən göz oxşayan tikililərinin İçərişəhər ərazisində yerləşməsi bu konfransın keçirilməsi ilə bağlı ideyanın yaranmasının ən başlıca səbəblərindən olub. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu konfransın keçirilməsi təşəbbüsümüzü dəstəkləyiblər və müvafiq tapşırıqlar veriblər. Bu, dövlət rəhbərliyinin tarixi irsimizə verdiyi yüksək dəyəri göstərir, gənc nəsillərdə vətənə məhəbbət hissi oyadır – deyə Əsgər Ələkbərov vurğulayıb.
Rəsmi açılış mərasimində “Şirvan şahları” sənədli filmi də nümayiş olunub. Filmdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı iştirak edib. Nailə xanım Şirvanşah titulunun yaranması, Sasanilər dövründə Şirvanşahlar adlanan hakimlərdən danışıb. Ərəb işğalları dövründə Şirvanın istilaçılara qarşı mübarizəsinin əhəmiyyətini vurğulayıb. Məzyədilər sülaləsinin Şirvanşahlar dövlətini ilk dəfə yaratması, Şirvanşahların hərbi qüdrəti, o cümlədən donanması haqqında məlumat verib. Bildirib ki, Şirvanşahlar dövləti bütün tarixi ziddiyyətlərə baxmayaraq öz dövlət müstəqilliyini uzun əsrlər boyu qoruyub saxlaya bilib. Xüsusilə Şirvanşah I İbrahimin siyasətindən danışan akademik Nailə Vəlixanlı onun vahid Azərbaycan dövlətini yaratmağa cəhd etməsini də vurğulayıb. Deyib ki, Şirvanşahlar dövlətinin tariximizin ən uzun ömürlü sülalə dövləti olması dünya tarixində nadir hadisələrdən biridir. Şirvan şahlarının ədəbiyyata, incəsənətə, mədrəsələrə, sufi təriqətlərinə himayədarlıq etməsi, Şirvan xanəgahları, mədrəsələri, alimləri haqqında da filmdə geniş məlumat verilib. Bu dövlətin XVI əsrdə Səfəvilər tərəfindən işğalına qədərki ictimai-siyasi, elmi-mədəni həyatı, fəaliyyəti işıqlandırılıb.
Açılış mərasimindən sonra plenar iclaslar fəaliyyətə başlayıb. Akademik Nailə Vəlixanlı Nazim Maqomedovla birlikdə Tarix Bölməsinin iclasında moderatorluq edib. Həmçinin, “Bir daha Şirvanşah məzyədilərəqədərki “Şirvanşah titulu və onun daşıyıcıları haqqında” məruzə ilə çıxış edib. Şirvanşah titulunun yaranması, Şirvanşahlar sülaləsi olan Məzyədilər dövlətinin yaradıcıları və hərbi-siyasi fəaliyyəti haqqında geniş məlumat verib. İştirakçıların suallarını geniş cavablandırıb.
Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin bir qrup əməkdaşı da məruzələrlə iştirak edir. İslam aləmində ən uzunmüddətli hakimiyyətə malik Şirvanşahlar dövlətinin minillik tarixi, memarlığı, arxeologiya, etnoqrafiya, ədəbiyyat, epiqrafiya və fəlsəfəsi mövzularında çıxış edəcəklər. Həmçinin, konfrans çərçivəsində “Şirvanşahların irsi dünya muzeylərində” adlı sərgi keçiriləcək. Burada əsasən, Şirvan ərazisindən arxeoloji qazıntılar nəticəsində tapılmış, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin və digər institut və muzeylərin fondlarında qorunub saxlanılan maddi-mədəniyyət nümunələri nümayiş olunacaq. O cümlədən, Gürcüstanın, Türkiyənin, Rusiyanın aparıcı muzeylərinin kolleksiyalarına daxil olan Şirvanşahlar dövlətinə aid eksponatlar sərgidə nümayiş ediləcək. Bu eksponatlar içərisində Şirvanşahlara aid dəbilqələr, zirehli köynəklər, kaşılar və s. xüsusi yer tutur.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...