XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Oktyabr, 2018
“Gənc muzeyşünaslar və muzeysevərlər” klubunun növbəti məşğələsi keçirilmişdir
Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin “Gənc muzeyşünaslar və muzeysevərlər” klubunun üzvlərinə açıq dərs keçirilmişdir. Dərsin iştirakçıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs bakalavr pilləsinin tələbələri idi. Açıq dərsdə muzeyin Etnoqrafiya fondunun müdiri, Sevinc Nəsirova tərəfindən “Yaşanmışları yaşamasaq da, qorumaq borcumuzdur” adlı mühazirə oxunmuşdur. Azərbaycanda xalq sənətkarlığı və onun muzeylərdə qorunub təbliğ edilməsi haqqında danışan məruzəçi dinləyicilərin suallarını ətraflı şəkildə cavablandırmışdır. Xatırladaq ki, maddi-mədəni abidələrimizin qoruyucusu olan muzeylər haqqında məlumatı, muzey işi və onun fəaliyyət istiqamətlərini gənc nəslə çatdırılmasını qarşısına məqsəd qoyan “Gənc muzeyşünaslar və muzeysevərlər” klubu ilk dəfə olaraq AMEA Milli Azərbaycan Tarixi Muzeyində yaradılmışdır. Klubun rəhbəri Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərovadır.