XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
26 Oktyabr, 2018
Azərbaycan Xalça Muzeyində keçirilən sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları da nümayiş olunur
Oktyabrın 25-də Azərbaycan Xalça Muzeyində başlayan üçüncü “Türk dünyasının ortaq dili – naxışlar” mövzusunda beynəlxalq simpozium çərçivəsində “Ənənəvi keçə sənəti” adlı sərgi keçirilir. Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan eksponatlar da burada nümayiş olunur. XIX-XX əsrin əvvəllərinə aid aid yəhəraltı, uzunboğaz çəkmə, keçə papaq, yapıncı, divar bəzəyi və s. eksponatlar burada təqdim edilir. Sərgi 31 oktyabr 2018-ci il tarixinə qədər davam edəcək.