XƏBƏRLƏR
25 Oktyabr, 2018
“Şirvanşahlar irsi dünya muzeylərində” sərgisində Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları da nümayiş olunur
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və AMEA tərəfindən 23-24 oktyabr tarixlərində Bakıda keçirilən "Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət" adlı beynəlxalq elmi konfrans çərçivəsində "Şirvanşahlar irsi dünya muzeylərində" sərgisi açılmışdır. Sərginın açılış mərasimində Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və muzeyin bir qrup əməkdaşı da iştirak etmişdir. Sərgidə muzeyin fondlarında qorunan Şirvanşahlar dövlətinə aid nadir eksponatlar, maddi mədəniyyət nümunələri də təqdim edilir. Bunlara nümunə olaraq, orta əsrlərə aid şirli boşqablar, tunc quş fiquru fraqmenti, yazılı şirli kaşı fraqmenti, qızıl sırğalar, Şirvanşahlara aid numizmatik materiallar – dirhəm və təngələr və s. göstərilə bilər.
Həmçinin, İstanbul Hərbi Muzeyindən, Gürcüstan Milli Muzeyindən, Rusiya muzeylərindən gətirilən nadir eksponatlar da nümayiş olunur. Əsasən Azərbaycanın Şirvan bölgəsindən arxeoloji qazıntılar zamanı tapılmış və Şirvanşahlar dövlətinə aid eksponatlar - dəbilqələr, zirehli köynəklər, kaşılar və s. burada xüsusi yer tutur.
Sərgi gələn 2019-cu il, 23 yanvar tarixinə qədər İçərişəhərdə, Şirvanşahlar Sarayı Kompleksində hər gün saat 9.00-dan 20.00-dək ziyarətçilər üçün açıq olacaq.
Qeyd edək ki, sərginin açılışı ilə əlaqədar rəngarəng mövzularla zəngin "Şirvanşahlar irsi dünya muzeylərində" adlı kataloq nəşr olunub.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...