XƏBƏRLƏR
29 Oktyabr, 2018
Muzeydə Dövlət bayrağımıza həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində yetişməkdə olan gənc nəslin maariflənməsi, vətənpərvərlik ruhunda böyüməsi istiqamətində ümumtəhsil ocaqlarında Muzeyin tarixçi alimləri ilə görüşlər keçirilir. Bu görüşlərin nəticəsi kimi mütəmadi olaraq Muzeydə tarixi əlamətdar günlərə həsr olunmuş tədbirlər təşkil edilir.
Növbəti tədbir, Azərbaycan Respublikası Dövlət bayrağının 100 illiyinə həsr olunmuş “Milli bayrağımız, milli kimliyimizdir!” mövzusunda keçirilib. Tədbir Milli Azərbaycan Tarixi Muzeyi Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsi, Nizami rayonu 62 nömrəli məktəb-liseyi və “Pətək” yeni nəslin mənəvi tərbiyəsi İctimai Birliyi ilə birgə təşkil olunub. Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsi, məktəblilər, KİV nümayəndələri və Muzey əməkdaşları iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsindən sonra, Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov Azərbaycanın müstəqilliyini təcəssüm etdirən rəsmi dövlət rəmzlərinə göstərilən diqqət və ehtiramdan danışmış, Muzeydə mühafizə olunan bayraqlar haqqında ətraflı məlumat vermişdir.
Daha sonra Nizami rayonu 62 nömrəli məktəb-liseyin şagirdlərinin ifasında “Milli bayrağımız, milli kimliyimizdir!” adlı bədii-kompozisiya göstərilib.
Sonda Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Səkinə Ağalarova və “Pətək” yeni nəslin mənəvi tərbiyəsi İctimai Birliyinin sədri Sevinc Əsgərova bu kimi maarifləndirici tədbirlərin məktəblilərin Azərbaycan tarixi irsini öyrənməsi istiqamətində göstərdiyi önəmindən danışıb. Bu tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə Muzey rəhbərliyinə təşəkkürlərini bildirib.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...