XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 Oktyabr, 2018
Moskvada çap olunan kitabda Muzey materiallarından da istifadə edilib
Moskvada Eldar İsmayılovun “Azərbaycanlılar rusiyalı imperatorların konvoyunda” kitabı nəşr edilib. Monoqrafiya imperator həzrətlərinin bölmələrindən birinin – 1839-cu ildə formalaşmış və 1856-cı ildə Leyb-Qvardiyanın Qafqaz eskadronunun 4-cü taqımına (müsəlman) yenidən formalaşdırılmış konvoyun (müsəlmanların komandası) tarixi, ənənələri, dislokasiyası, seçim prinsipləri və şəxsi heyətindən bəhs edir. 1881-ci ildə Leyb-Qvardiyası Qafqaz eskadronu ləğv edilənə qədər 42 il boyunca rus qvardiyasının bu bölməsində azərbaycanlılar xidmət keçib. Kitabın mühüm hissəsini zabitlər haqda bioqrafik oçerklər, komandada xidmət keçən aşağı rütbəlilər, həmçinin müsəlmanların taqımına dair bilgi yer alıb. Bu bölmələrdən rus ordusunun zabitləri sırasına 200-dən çox aşağı rütbəli zabit göndərilib. Yeni tarixi kitabda 100-ə yaxın unikal illüstrasiya təqdim edilib. Bunlar Rusiya və Azərbaycanın arxiv və muzeylərində aşkar edilib. Həmçinin, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin eksponatlarından monoqrafiyada istifadə edilib. Onların çoxu ilk dəfə dərc edilir. Monoqrafiya həm hərbi tarixçilər, həm də şərqşünaslar, etnoqraflar, filoloqlar və s. üçün də maraqlıdır. Kitab “Qədim Seyxhauz”un kitabxanası” tarixi seriyasından dərc edilib. Tirajı 1000 nüsxədir.