XƏBƏRLƏR
30 Oktyabr, 2018
Muzeydə “Azərbaycanda islam mədəniyyəti tarixindən” adlı seminar və kitab təqdimatı keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycanda islam mədəniyyəti tarixindən” adlı seminar və İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi, t.ü.f.d. Əli Fərhadovun “Şimali Azərbaycanda islam maarifçiliyi hərəkatı (XIX-XX əsrin əvvəlləri)” (Bakı, 2017, 304 s., elmi redaktor: t.ü.e.d. İradə Bağırova) adlı monoqrafiyasının tanıtımı və təqdimatı keçirilib. Tədbirin təşkilatçıları Milli Azərbaycan Tarixi Muzeyi, YAP Səbail “Azərbaycan tarixçiləri” ərazi ilk partiya təşkilatıdır. Tədbirdə Azərbaycan Dillər Universitetinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Yeni Azərbaycan Partiyasının üzvləri də iştirak edib.
Tədbiri açan Muzeyin direktoru, akademik Nailə Vəlixanlı iştirakçıları salamladı. Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına uyğun olaraq milli-mədəni maarifçilik, multikulturalizm və islam həmrəyliyi mövzularında mütəmadi seminarlar təşkil edildiyini bildirdi. Bu günkü tədbirin də maarifçilik məqsədilə təşkil edildiyini, həmçinin, t.ü.f.d. Əli Fərhadovun “Şimali Azərbaycanda islam maarifçiliyi hərəkatı (XIX-XX əsrin əvvəlləri)” adlı monoqrafiyasının tanıtımı və təqdimatı səbəbilə keçirildiyini qeyd etdi.
Sonra ADU Multikulturalizm Mərkəzinin aparıcı elmi işçisi, fil.ü.f.d. Afət Musayeva “Azərbaycanda multikulturalizm və islam həmrəyliyinin təbliğindən” mövzusunda çıxış etdi. Çıxış edən AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, dos., t.ü.f.d. Dilavər Əzimli isə institutda Azərbaycanın orta əsrlər tarixinin qaranlıq səhifələrinin tədqiqi sahəsində aparılan elmi araşdırmalar haqqında məlumat verdi.
Daha sonra Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşları - t.ü.f.d. Tural Şiriyev – “Milli-mədəni irsin təbliğ edilməsinin gənc nəslin formalaşmasında rolu” və Etnoqrafiya fondunun müdiri Sevinc Nəsirova – “İslam mədəniyyətinin toxuculuq məmulatlarında əksi” mövzularında məruzə oxudular. İştirakçılara Azərbaycanın islam mədəniyyəti tarixində oynadığı rol, islam mədəniyyətinin müasir təhsil prosesində təbliği haqqında məlumat verildi.
Sonra t.ü.f.d. Əli Fərhadov – “Şimali Azərbaycanda islam maarifçiliyi hərəkatı (XIX-XX əsrin əvvəlləri)” adlı monoqrafiyasının tanıtımı və təqdimatı mövzusunda çıxış etdi. Bildirdi ki, monoqrafiya AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə nəşr olunub. Monoqrafiyada Çar Rusiyasının Azərbaycan ruhaniliyinə və xalqına missioner münasibəti, Azərbaycanın mütərəqqi din xadimlərinin, ziyalıların fəaliyyət və yaradıcılığında islam maarifçiliyi mövzusu araşdırılıb. Mövzu dövrün mətbuatı və s. qaynaqları, o cümlədən, Bakı qazısı, Quranın Azərbaycan dilinə ilk tərcüməçisi və şərhçisi Mir Məhəmməd Kərim əl-Bakuvinin “Kəşfül-həqayiq” əsəri (Tiflis, 1904-1906) əsasında ətraflı tədqiq edilib. “Kəşfül-həqayiq” əsəri Əli Fərhadovun Azərbaycan dilinə sadələşdirməsiylə QMİ tərəfindən 2014-cü ildə nəşr edilmişdir. Çıxışda islam həmrəyliyi və maarifçilik sahəsində fəaliyyət göstərən azərbaycanlı ziyalılar və əsərləri haqqında geniş məlumat verildi. Bu ziyalıların fəaliyyətinin günümüzün multikulturalizm və islam həmrəyliyi siyasətinə uyğun olduğu bildirildi.
Sonda iştirakçıların sualları ətraflı cavablandırıldı və arzu edənlərə t.ü.f.d. Əli Fərhadovun “Şimali Azərbaycanda islam maarifçiliyi hərəkatı (XIX-XX əsrin əvvəlləri)” adlı monoqrafiyası hədiyyə edildi.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...