XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 Noyabr, 2011
Bolgarıstan Elmlər Akademiyasının prezidenti Nikola Sabotinov Milli Azərbaycan Tarixi Muzeyinin gonağı olub

Bolgarıstan Elmlər Akademiyasının prezidenti Nikola Sabotinov Azərbaycanda işküzar səfəri çərcivəsində 2011-ci ilin noyabr ayının 30-da Milli Azərbaycan Tarixi Muzeyinin gonağı olub.www.science.gov.az saytına istinadən verdiyi məlumata görə AMEA Rəyasət Heyətində Bolqarıstan Elmlər Akademiyasının prezidenti, akademik Nikola Sabotinov ilə görüş keçirildi. Görüşdə AMEA prezidenti, akademik Mahmud Kərimov və AMEA RH-ın Xarici əlaqələr şöbəsinin rəhbəri, professor Ədalət Həsənov iştirak edirdilər. Görüşdə ölkələrimiz arasında yaradılmış elmi əməkdaşlıq əlaqələrindən söhbət açıldı.


 

Bu əlaqələrin yeni istiqamətlərinin müəyyənləşdirilməsi, gələcək inkişaf perspektivlərinin təyin olunmasının, digər sahələrlə yanaşı, elmi-texniki sferada davamlı inkişafın, bilik və təcrübə mübadiləsinin aparılmasının vacib şərtlərdən olduğu qeyd edildi. Tədbirdə həmçinin, Azərbaycan və Bolqarıstan arasında elm sahəsində sazişin imzalanması müzakirə olundu.