XƏBƏRLƏR
05 Noyabr, 2018
Muzeyin etnoqrafik incisi – dərviş kəşkülü
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda maddi mədəniyyət nümunələri arasında, İslam dininin sufi təriqətlərinə mənsub dərvişlərə məxsus əşyalar da saxlanmaqdadır. Bunlar dərvişlərin istifadə etdiyi kəşküllərdir. Misdən, bürüncdən, hind qozundan düzəldilmiş bu əşyalar ustalar tərəfindən hazırlanırdı. Kəşküllərin üzərində Qurani-Kərimdən ayələr, hədislər, mənzum şerlər və 12 şiə imamlarının adı xüsusi incəliklə həkk olunurdu. Belə nümunələrdən Ef-523 inventar saylı kəşkül sənətkarlıq baxımından çox gözəl hazırlanmış bir əşyadır.
Zəngin ornamentli və məzmunlu kitabəsilə təqdim olunan 523 saylı kəşkül sarı misdən hazırlanmışdır. Kəşkülün üst hissəsi nəbati və həndəsi naxışlı elemetlərlə bəzədilmiş və hər iki tərəfində səkkizguşəli medalyonda əlində quş tutmuş süvari təsviri verilmişdir. Təsvirin ətrafındakı haşiyələrdə nəstəliq xətlə nəqş olunmuş kitabədə - “Ürəyim qalmaqaldan qəmgin oldu, / Ey, xirqə (dərviş libası) xoşdur, xoşdur kəşkül, / Samur xəzi kətandan zara gəlmişdir, / Yenidən qələndərlik etməyə meyl edirəm, / Neçə sehrbazları yenə sürmələyərəm, / Qalx ki, ta ki, əlin kəşkülə yetsin.” şer parçası, eyni zamanda alt hissəsində, rombvari medalyon içərisində və eləcə də kənarlarda əyləncə məclisinin təsvirləri həkk olunub.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...