XƏBƏRLƏR
12 Noyabr, 2018
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Berlində keçirilən sərgi və konfransda iştirak edib
Berlində AXİCA konqreslər sarayında Heydər Əliyev Fondunun və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan sərginin açılışı və rəsmi qəbul (07.11.2018), həmçinin Şarlottenburq sarayında “Şərqdə ilk dünyəvi parlament respublikası: dəyərlər və irs” mövzusunda elmi konfransda (06.11.2018) Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov iştirak etmişdir.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Bundestaqın deputatları, Almaniya hökumətinin təmsilçiləri, Almaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi dairələrin nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sərgi olduqca böyük marağa səbəb olumuşdur. Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin siyasi, iqtisadi, beynəlxalq münasibətlər, ordu quruculuğu, təhsil, elm və mədəniyyət sahəsində həyata keçirdiyi tədbirləri işıqlandıran stendlər, sənədli filmlər, fotolardan ibarət slaydlar, tarixi eksponatlar nümayiş etdirilmişdir.
Sərginin qurulmasında iştirak edən S.Əhmədov sərginin davam etdiyi müddətdə qonaqlara Milli Azərbaycan Tarixi Muzeyinin fondlarından sərgiyə təqdim edilmiş və AXC-yə aid olan tarixi eksponatlar barəsində məlumat vermiş, sualları cavablandırmışdır.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...