XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Noyabr, 2018
12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin Əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür və SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi. Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 22 il keçir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiya 1995-ci il noyabrın 12-də keçirilmiş referendum yolu ilə qəbul edilib. Referendumda seçicilərin 86 faizi iştirak edib və onların 91,9 faizi Əsas Qanunun qəbul edilməsinin lehinə səs verib. 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd olunur. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda cənab Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradıb və onun inkişafına güclü təkan verib.