AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi t.ü.f.d. Fərhad Cabbarov aprelin 20-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “İslahatlar və islahatçılar sosial və humanitar elmlərin tədqiqat predmeti kimi” Beynəlxalq elmi konfransda iştirak etmişdir.
F.Cabbarov konfransın plenar iclasında “Cənubi Qafqazın idarəçilik sistemində islahatlar 1905-1906-cı illər erməni-azərbaycanlı qırğınları kontekstində” məruzəsi ilə çıxış etmişdir. Məruzədə əsas diqqət milli qırğınların səbəblərinə, ermənilərin azərbaycanlılara qarşı terror siyasətinə yönəldilmişdir. Auditoriya tərəfindən maraqla qarşılanan məruzə ətrafında suallar verildi, diskussiya aparıldı.
Rusiya, Azərbaycan, Qazaxıstan, Belarus, Çin, Vyetnam, Nikaraqua alim və gənc tədqiqatçılarının iştirak etdiyi konfrans Sankt-Peterburq Dövlət Sənaye Texnologiyaları və Dizayn Universitetinin təşkilatçılığı ilə keçirilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.