XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
13 Noyabr, 2018
Muzeyin Gəncə dəfinəsi
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda Gəncə bölgəsində aşkarlanmış 32 ədəd gümüş sikkədən ibarət dəfinənin bir hissəsi mühafizə olunur. Numizmatik təyinat nəticəsində dəfinədə orta çəkisi 2,5 q, diametri 21-22 mm olan əksər gümüş dirhəmlərin Təbriz, Mərənd, Ərzincan, Naxçıvan və s. şəhər-zərbxanalarında zərb edildiyi məlum olmuşdur. Bu dirhəmlər Elxani hökmdarları – Hülakü (1256-1265), Abaqa (1265-1282), Əhməd (1282-1284), Arğun (1284-1291), İrincin Turçi Keyxatu (1291-1295), Ulcaytu (1304-1316), Əbu Səid (1316-1335) adınadır. Dəfinədəki adsız gümüş dirhəmlər isə 200 ildən artıq davam edən “gümüş böhranı”ndan sonra ilk dəfə olaraq paytaxt şəhər-zərbxanalarında (Gəncə, Təbriz, Naxçıvan) zərb edilmişlər.