XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
13 Noyabr, 2018
Muzeydə növbəti açıq dərs keçirilmişdir
Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin “Gənc muzeyşünaslar və muzeysevərlər” klubunun üzvlərinə açıq dərs keçirilmişdir. Seminar iştirakçıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs muzeyşünaslıq ixtisasının tələbələri idi. Açıq dərsdə Muzeyin Silahlar və bayraqlar fondunun müdiri, t.ü.f.d. Sevinc Vahabova tərəfindən “Milli Azərbaycan Tarixi Muzeyində qorunan silahlar” adlı mühazirə oxunmuşdur. Muzeyşünasların diqqətini cəlb edən mövzu ilə bağlı suallar məruzəçi tərəfindən ətraflı şəkildə cavablandırılmışdır.