XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Noyabr, 2018
Muzeyin arxeoloji kolleksiyası yeni tapıntılarla zənginləşir
Milli Azərbaycan Tarixi Muzeyi fondların yeni materiallarla zənginləşdirilməsi işini 2018-ci ildə də uğurla davam etdirir. Belə ki, bu günlərdə Muzeyin arxeoloji kolleksiyasına yeni material – tunc sancaq qəbul edilmişdir. Tərtər rayon sakini Nəcəfov Xəyal tərəfindən Muzeyə təqdim edilmiş həmin sancaq 1990-cı illərin sonunda Yevlax rayonu, Nəmərli kəndi yaxınlığında tapılmışdır. Sancağın zolağının bir tərəfinə cızma üsulu ilə rombşəkilli naxışlar salınıb. Saxlanma vəziyyəti tam olan sancağın uzunluğu 15,5 sm, eni 6 sm-dən ibarətdir. Bu maraqlı tapıntının təqribən e.I-V əsrlərə aid olduğu ehtimal edilir. Muzey kolleksiyasında analoqu olmayan bu sancaq tam tədqiq edildikdən sonra ekspozisiyada nümayiş etdiriləcək.