XƏBƏRLƏR
16 Noyabr, 2018
CBC TV kanalında Muzeyin orta əsrlər ekspoziyası işıqlandırılıb
CBC TV kanalında “Tarixin dərinliyinə səyahət” adlı 3 hissəli veriliş (rus dilində) təqdim edilib. Senari müəllifi və aparıcısı Anastasiya Ponarina olan verilişin II hissəsində Milli Azərbaycan Tarixi Muzeyinin orta əsrlər dövrünü əhatə edən ekspozisiya zalı nümayiş etdirilmiş, eksponatlar haqqında geniş məlumat verilmişdir. Verilişdə X-XVIII əsrlərə aid eksponatlar geniş şəkildə təqdim edilmişdir. Ekspozisiyada nümayiş etdirilən və üzərində İran mifolojik hökmdarlarının rəsmi olan xalça, kufi xətti ilə ərəb dilində yazılmış Bakı qalasının XII əsrə aid daş kitabəsi, Şirvanşahlara və s. orta əsr dövlətlərinə məxsus numizmatik materiallar göstərilib. Mingəçevir yaxınlığında «monqol dövrü» adlandırılan dövrə aid döyüşçü qəbirindən tapılan silahlar, maneken üzərindəki xələt, məişət əşyaları, XIV-XV əsrlərə aid Qaraqoyunlu və Ağqoyunlu dövrünə məxsus, başdaşısı qoç formasında olan abidələr və s. verilişdə işıqlandırılmışdır. Həmçinin, Səfəvilər dövrü, Şah İsmayıl Xətainin zamanında Azərbaycanın vahid dövlətdə birləşdirilməsinə cəhd və ana dilimizin dövlət dilinə çevrilməsi haqqında da ətraflı məlumat verilmiş, bu dövrə aid eksponatlar – silahlar, rəsm əsərləri, numizmatik materiallar təqdim edilmişdir. Həmçinin, Qarabağ atının maketi və orta əsr kənd təsərrüfatı alətləri, saxsı qablar və s. məişət əşyaları da işıqlandırılmışdır. CBC TV kanalının bu verilişi Azərbaycan tamaşaçısına muzeyimizi və orta əsrlər tariximizi tanıtmaq baxımından əhəmiyyətlidir.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...