XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Noyabr, 2018
ELAN
Milli Azərbaycan Tarixi Muzeyində Qadınlar Şurası tərəfindən “Qadınlara qarşı zorakılığa son deyək!” mövzusunda tədbir keçiriləcək. Tədbirin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini qadın zorakılığı probleminə yönəltmək, cəmiyyətin bu sahədə fəallığını artırmaq, zorakılıq hallarının baş verməməsi üçün bütün səyləri birləşdirməkdir.Qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin nümayəndələri də tədbirdə iştirak edəcək. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, hər il noyabr ayının 25-i bütün dünyada “Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü” elan edilib. Tədbir 20 noyabr, saat 14:00-da Muzeyin Konfrans zalında keçiriləcək.