XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Noyabr, 2018
Muzey əməkdaşları Çin Xalq Respublikasına dəvət olunub
23-26 noyabr 2018-ci il tarixində Fuçjou Boğazı Beynəlxalq Konfrans və Sərgi Mərkəzində İpəkyolu Beynəlxalq Muzeylər Alyansı (İBMA) İcraiyyə Şurasının iclası keçiriləcək. Tədbirə Çin və dünya muzeylərinin nümayəndələri ilə yanaşı, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva və Elmi-fond işləri üzrə direktor müavini, t.ü.f.d. Məhfuzə Zeynalova da qatılacaq. Tədbirdə İBMA-nın I İclasının Memorandumu imzalanacaq. Həmçinin, qonaqlar VIII Çin Muzeyləri və Müvafiq Məhsullar və Texnologiyalar Ekspozisiyasını ziyarət edəcəklər. O cümlədən, Fucyen Muzeyində müzakirə və təcrübə mübadiləsi aparılacaq.