XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
05 Dekabr, 2018
Milli Azərbaycan Tarixi Muzeyində elmi seminar keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Rusiya-İnformasiya Mədəniyyət Mərkəzi ilə birgə elmi seminar keçirilib. Tədbirdə Rusiya-İnformasiya Mədəniyyət Mərkəzinin əməkdaşları, tarixçilər, muzey əməkdaşları və b. iştirak ediblər. Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dos. Səbuhi Əhmədov «Татарский (Азербайджанский) конный полк «Дикой дивизии»» (“Vəhşi diviziya”nın Tatar (Azərbaycan) süvari alayı) mövzusunda rus dilində videoslaydın nümayişi ilə mühazirə keçmişdir. Tarixçi alim S.Əhmədov alayın təşkili, onun I dünya müharibəsində iştirakından danışıb tədbir iştirakçılarına geniş məlumat vermişdir. Tədbirdə həmçinin bu döyüşlərin iştirakçısı olan Feyzullah Mirzə Qacarın şücayətini əks etdirən qısametrajlı film nümayiş olunub. Sonda seminar iştirakçılarının sualları mühazirəçi tərəfindən ətraflı cavablandırılıb.