XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 Dekabr, 2018
Muzey əməkdaşı orta məktəbdə təşkil olunan tədbirdə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifova, Sabunçu rayon Maştağa qəsəbəsi 108 saylı orta məktəbdə, 8 dekabr - Beynəlxalq Rəssamlar Günü münasibətilə təşkil olunan tədbirdə iştirak etmişdir. Tədbirdə Nardanə Yusifova “Məktəb - muzey əlaqəsi” mövzusunda çıxış etmişdir. Çıxışda 108 saylı məktəblə muzey əməkdaşının görüşlərinin keçirilməsi və orta məktəbin müəllim - şagird kollektivinin muzey haqqında maarifləndirmə işində belə tədbirlərin xüsusi rolu olduğu vurğulandı. Həmçinin, tədbirdə istedadlı şagirdlərin aşkar edilməsi və potensial imkanlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunan geniş miqyaslı sərgi də nümayiş olundu. Sərgidə 50-yə yaxın gənc rəssamın 133 rəsm işi təqdim olundu. Sərgidə müxtəlif kompozisiyalarda qurulmuş bir-birindən maraqlı janrlarda təsvir edilən rəsm işləri qonaqlar və məktəb kollektivi tərəfindən rəğbətlə qarşılandı. Tədbirin sonunda 108 saylı orta məktəbin direktoru Esmira xanım Məmmədova qonaqlara, rəsm bacarıqları ilə fərqlənən istedadlı şagirdlərə və tədbir iştirakçılarına təşəkkür etdi. Həmçinin belə tədbirlərin davamlı olaraq təşkil ediləcəyini qeyd etdi.