Artıq ikinci dəfədir ki AMEA Milli Azərbaycan Tarixi Muzeyində bərpa olunmuş eksponatların sərgisi təşkıl olunur. Bu eksponatlar illərlə muzeyin fondlarında qorunub saxlanılıb və bu yaxınlarda onlara da ikinci həyat bəxş olunub. Əşyaların bir çox hissəsi Bərpa mərkəzində, Yaradıcı qadınlar assosiasiyasında bərpa olunub. Təbii ki, muzeyin laboratoriyasında da təmizlənmiş və bərpa olunmuş əşyalar da sərgidə nümayiş olunur. Sərgidə numizmatika,arxeologiya,etnoqrafiya, silahlar, sənədli mənbələr, hədiyyələr və xatirə əşyaları fondlarının bərpa edilmiş eksponatları nümayiş olunur.
Numizmatika fondundan sərgilənən dəfinələrin yaşı bir neçə yüzillikləri keçib. Nümayiş edilən eksponatların arasında bərpa olunmuş xalçalar, quramalar, tikmələr, milli geyimlər, şəbəkə, qrafika və rəsm əsərləri, gümüş kəmərlər, təxminən 2500 yaşı olan kiçik qızıl heykəl, afişalar, tanınmış insanların ( Sidqi Ruhulla, Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Nəriman Nərimanov, akademik Heydər Hüseynov ) şəxsi əşyaları, keçmiş əsrlərin mis qabları, arxeoloji materiallar( bunların içində çox böyük maraq yaradan 1985-ci ildə Ağdamda arxeoloq İdeal Nərimanov tərəfindən tapılmış V minılliyə aid olan Dolixokran tipli qadın kəlləsi), hədiyyələr, musiqi alətləri və s. yer almışlar.
Bundan əlavə Yaradıcı Qadınlar Assosiasiyasının təşəbbüsü ilə bərpa işlərinə həsr olunmuş mini filmin və “İkinci həyat-2” sərgisinin kataloqunun təqdimatı olacaq.
Həmçinin bərpaçılara sertifikatlar veriləcək.
Tədbirdə Vədəniyyət və Turizm Nazırliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələrinin, muzey direktorları və s. qonaların iştirakı gözlənilir.
Elmi-maarif və sərgilərin təşkili şöbəsi A.Dadaşova
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.