XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 Dekabr, 2018
Muzeyin incisi – qızıl sırğalar
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda Şamaxının Dəmirçilər bölgəsindən tapılmış, e. II-IV əsrlərinə aid qızıl “aydan” sırğaları mühafizə edilir. Qızıldan hazırlanmış bu sırğaların üstü süleyman daşları və dənəciklərlə bəzədilib. Sırğanın üzərindəki süleyman daşı tutqun, kristallaşmış olub, məmulat qaralmış, palçıqlı vəziyyətdə olduğundan Muzeyin Bərpa laboratoriyasının bərpaçı-dizayneri Vüqar Xudaverdiyev tərəfindən bərpa olunub. Bərpa prosesındə daş üzərindəki təbəqə təmizlənib. Tökülmüş daşlar yerinə otuzdurulub. Bərpa olunan sırğalar Xüsusi fonda təhvil verilib. Arxeoloji qazıntılar nəticəsində Azərbaycanda “aydan” sırğalarının məlum olan üç quruluşu da tapılıb. Zəngin tərtibatlı bu sırğalar erkən orta əsrlər dövründə etnomədəni əlaqələr nəticəsində Sibirdən Finlyandiyaya, Qaradəniz və Azərbaycana qədər yayılaraq, morfoloji, texnoloji və funksional dəyişiklərə məruz qalmışdır. Bu sırğaların tədqiqi qədim Azərbaycan etnoqrafiyasının və incəsənətinin tədqiqi baxımından əhəmiyyətlidir.