XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
13 Dekabr, 2018
Muzey əməkdaşı general Yaqub Quliyevə həsr olunmuş filmdə çıxış edib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov CBC TV kanalında göstərilən filmdə çıxış edib. “Əslən Şuşadan idi” adlı film “Azərbaycan Rusiya tarixində: sərkərdənin taleyi” adlı sənədli serial çərçivəsində rus dilində hazırlanmışdır. S.Əhmədov öz çıxışında görkəmli sərkərdə, Azərbaycanın qəhrəman oğlu, general Yaqub Quliyev (1900-1942) haqqında geniş məlumat vermişdir. Filmdə generalın həyatı, keçdiyi döyüş yolu, II Dünya müharibəsində göstərdiyi şücaətlər işıqlandırılmışdır. Filmin aktuallığı son zamanlar sosial şəbəkələrdə general Yaqub Quliyevin mənşəyi ilə bağlı şaiyələrlə bağlıdır. Belə ki, müxtəlif xarici saytlarda, forumlarda Yaqub Quliyevin guya azərbaycanlı olmaması, Türkmənistanın Marı şəhərində doğulmuş türkmən və ya Rusiyanın Vladiqafqaz şəhərində anadan olmuş ləzgi olması bildirilir. Lakin tədqiq olunmuş tarixi faktlar, uzun axtarışlarda sonra tapılmış qohumları (o cümlədən generalın Gəncə şəhərində yaşayan doğma bacısı) Yaqub Quliyevin Şuşa şəhərində azərbaycanlı ailəsində doğulmasını sübut ediblər.