XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 Dekabr, 2018
Muzey əməkdaşı beynəlxalq konfransda iştirak edəcək
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi fond işləri üzrə direktor müavini - baş mühafiz, t.ü.f.d., dos. Məhfuzə Zeynalovа 2018-ci il, 20-22 dekabr tarixlərində Qazaxıstan Respublikasının Milli Muzeyində keçiriləcək yekun press-konfransa, həmçinin, 21 dekabrda keçiriləcək elmi-praktik konfransa dəvət olunub. Press-konfrans “Dünya muzeylərində “Qızıl adam”ın nümayişi” layihəsi çərçivəsində təşkil olunub. “Qədim mədəniyyətlərin kəsişməsində Böyük çöl ölkəsi” adlı elmi-praktik konfransda da M.Zeynalova çıxış edəcək. Beynəlxalq tədbirə Qazaxıstan və dünya muzeylərinin təmsilçiləri də qatılacaq. Tədbirin məqsədi ölkə ərazisində tarixi-mədəni abidələrin bərpası istiqamətində çalışmaq, türk xalqlarının tarixi, mədəniyyəti və dünya tarixindəki yeri mövzularını öyrənməkdir. M.Zeynalova konfransda qazax və Azərbaycan xalqlarının ortaq mədəniyyəti və mirası mövzusunda, həmçinin, Milli Azərbaycan Tarixi Muzeyi haqqında çıxış etməyə dəvət olunub.