XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Dekabr, 2018
Muzey əməkdaşı beynəlxalq konfranslarda çıxış edib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi fond işləri üzrə direktor müavini - baş mühafiz, t.ü.f.d., dos. Məhfuzə Zeynalovа 2018-ci il, 20 dekabr tarixində Qazaxıstanın Astana şəhərində keçirilən mətbuat konfransında iştirak edib. Konfrans “Qızıl adamın dünya muzeylərinə səyahəti” mövzusuna həsr olunub. Konfransda çıxış edən M.Zeynalova Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının Milli Muzeyi ilə birgə 2018-ci il, may-iyun aylarında keçirilmiş “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisi haqqında məlumat verib, maraqla qarşılandığını qeyd edib. Sərgi “Qızıl adamın dünya muzeylərinə səyahəti” beynəlxalq sərgilər layihəsi çərçivəsində təşkil edilmişdir. Həmçinin 21 dekabrda Astanada keçirilən “Böyük çölün mirası qədim mədəniyyətlərin kəsişməsində” adlı beynəlxalq konfransda da M.Zeynalova iştirak edib. Muzey əməkdaşı konfransda “Türk xalqlarının tarixi-mədəni kəsişmələri və dünya sivilizasiyalarına töhfəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzə dinləyicilər tərəfindən diqqətlə qarşılanıb.