XƏBƏRLƏR
21 Dekabr, 2018
Muzeydə “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun fəaliyyətinə həsr olunmuş hesabat tədbiri keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun fəaliyyətinə həsr olunmuş hesabat tədbiri keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazova, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi Vüsalə Məmmədova, “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Əlövsət Qasımov, “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin icraçı direktoru Rumanə Əmirəliyeva, Azərbaycanın Mədəniyyət və İncəsənət Universitetinin doktorant, magistr və tələbələri tədbirdə iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun rəhbəri, Muzeyin elmi işçisi Sahibə Ələkbərova qonaqları salamladı. Klubun 03.05.2017-ci ildə yaradıldığını qeyd edib, Muzey işinin təbliğində, gənc nəsillərə öyrədilməsində klubun fəaliyyəti haqqında geniş məlumat verdi. Klub üzvlərinin muzeyşünaslıq ixtisasını öyrənməsinin təcrübi əhəmiyyətini, klubda keçirilən mühazirə və praktik məşğələlərin bu sahədəki rolunu qeyd etdi. Klubun fəaliyyətinə dəstək olduğu üçün Muzeyin direktoru, akademik Nailə Vəlixanlıya öz təşəkkürünü bildirdi. Sonra sözü qonaqlara verdi.
Azərbaycanın Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının doktorantı və klubun üzvü Çinarə Heydərova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının magistrı, klubun üzvü və tədbir zamanı nümayiş olunan rəsmlərin müəllifi İlahə Həsənova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının magistrı, klubun üzvü Elnarə Kərimova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq ixtisası üzrə III kurs tələbələri - Zeynəb Abbasova və Lalə Cəfərli, Azərbaycan Turizm və Menecment Universitetinin Muzeyşünaslıq ixtisası üzrə III kurs tələbələri - Asimə Mehdiyeva və Könül Kazımzadə çıxış etdilər. Klubun fəaliyyəti, iştirak etdikləri mühazirə və praktik məşğələlər, gördükləri işlər haqqında məlumat verdilər. Onlara mühazirə deyən Muzey əməkdaşlarına təşəkkür etdilər. Qeyd etdilər ki, muzeydə keçdikləri təcrübə onların gələcək elm və iş həyatında böyük rol oynayır.
Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazova və Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə çıxış etdilər. Klubun həyata keçirdiyi “Müzeylərimizi tanıyaq və tanıtdıraq” layihəsinin, muzeyşünaslıq işinin, tariximizin, milli mədəniyyətimizin öyrənilməsinin gənc nəsillər üçün əhəmiyyətini qeyd etdilər. Klub vasitəsilə muzeyşünaslıq işinin tələbələrə təbliğ edilməsinə görə Muzey rəhbərliyinə öz təşəkkürünü bildirdilər.
Daha sonra “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Əlövsət Qasımov və “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin icraçı direktoru Rumanə Əmirəliyeva çıxış etdilər. Gənc nəslin vətənpərvər yetişməsində muzeylərin rolunu qeyd etdilər.
Tədbirin sonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazova təşəkkürnamə ilə təltif olundu. “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nda təşkil olunmuş mühazirələrdə və praktik məşğələlərdə, həmçinin “Müzeylərimizi tanıyaq və tanıtdıraq” layihəsində fəal iştirak etmiş üzvlərə sertifikatlar və Muzeyin nəşrləri təqdim olundu.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...