XƏBƏRLƏR
26 Dekabr, 2018
Muzeydə Cümhuriyyət dövrünə aid bədii-tarixi tərtibatlı tədbir təqdim edilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində AXC-nin və Parlamentinin 100 illiyinə həsr olunmuş bədii-tarixi tərtibatlı tədbir - tamaşa keçirilib. Muzeyin elmi işçisi Ləman Musayeva tərəfindən Bakı Atatürk liseyinin şagirdlərinin iştirakı ilə səhnələşdirilmiş bu tədbirdə AXC dövrü 3 hissədə canlandırılmışdır. 1. Müstəqil Bakı şəhəri və əhalisi; 2. Parlamentin açılış iclası (stenoqramlar əsasında); 3. H.Z. Tağıyevin xeyriyyə məclisi. Tamaşada Cümhuriyyət qurucularının keçdiyi ağır və şərəfli yol, dövlətin ilk addımlarının fədakar, maarifçi və vətənpərvər ziyalılar, məmurlar və xeyriyyəçilərimiz tərəfindən dəstəklənməsi, sadə əhalinin Parlamentin açılışına bayram tədbiri kimi hazırlığı və maarifpərvər xanımlarımızın arxa plandakı fəaliyyətləri üzə çıxarılıb.
Tədbir muzey-məktəb əlaqələrini möhkəmləndirməklə yanaşı, böyüyən gənc nəslin vətənpərvərlik hislərinin möhkəmləndirilməsinə xidmət edir. Bədii-tarixi tərtibatda hazırlanmış tamaşa muzey rəhbərliyi və lisey müəllimləri, şagird-valideyn kollektivi və Səbayıl rayonunun orta məktəblərinin direktorları tərəfindən izlənərək, məmnunluqla qarşılanmışdır. Tədbirdə çıxış edən Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Cümhuriyyət dövrünün, o cümlədən, kişilərlə çiyin-çiyinə mübarizə aparan xanımların şərəfli həyatının şagirdlər tərəfindən səhnələşdirilməsini təqdir edib. Həmçinin, o istiqlal fədailərinin yolunu davam etdirməyi, onların fədakarlıqla dolu həyatlarından nümunə götürməyi, heç bir zaman unutmamağı şagirdlərə tövsiyə edib.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...